Paşinyana rədd cavabı: Qasparyan vəzifəsində qaldı - YENİLƏNİB
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Bundan sonra Paşinyan onu işdən azad edib və təqdimatı imzalamaq üçün prezidentə göndərib.
***
Ermənistan prezidenti Armen Sarkisyana Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı qərar qəbul etməsi üçün verilən vaxt bu gün gecə başa çatır.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a prezidentin müşaviri Asmik Petrosyan deyib.
Prezidentin qərarının olub-olmadığını soruşduqda isə o, cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Xatırladaq ki, Sarkisyan dünən və bu gün Onik Qasparyanla görüşüb. Qasparyan heç bir halda istefa verməyəcəyini bəyan edib.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bir neçə gün əvvəl Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Bundan sonra Paşinyan onu işdən azad edib. Lakin təqdimatı hələ prezident imzalamayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: OnikQasparyan