“France 24” kanalında Xocalı ilə bağlı veriliş yayımlanıb
Verilişdə “France 24”ün jurnalistinin qətliamın acılarını yaşamış Xocalı sakini Mehriban xanımın evində olduğu və onun ermənilər tərəfindən mülki insanlara qarşı törədilmiş qəddarıq barədə danışdığı diqqətə çatdırılıb.
Xocalı soyqırımının 29-cu ildönümü günü Bakıda şəhər sakinlərinin faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gələrək, gül-çiçək dəstələri qoyduqları qeyd edilib.
Verilişdə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanınmasının önəmini bildirib.
Həmçinin verilişdə baş nazir Nikol Paşinyanın Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra Ermənistanda etiraz dalğasının səngimədiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin “əgər Ermənistan əldə olunmuş razılığa riayət etməsə, o zaman özünü daha çətin vəziyyətə salacaq” fikri səsləndirilib.
Azvision.az
Teqlər: Xocalı