Ermənistanda bütün hərbçilər Paşinyanın istefası tələbinə qoşuldu

 Ermənistanda bütün hərbçilər Paşinyanın istefası tələbinə qoşuldu
  28 Fevral 2021    Oxunub:2246
Ermənistan Silahlı Qüvvələrinin bütün bölmələri baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanda Paşinyana qarşı müxalifətin mitinqinin təşkilatçılarından olan Qeqam Manukyan deyib.

"Ermənistan Silahlı Qüvvələrinin bütün bölmələrinin komandirləri və şəxsi heyət Baş Qərargahın bəyanatına qoşuldular", - deyə Manukyan bəyan edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Bundan sonra Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın istefasına qərar verib və təqdimatı imzalamaq üçün prezidentə göndərib. Ermənistan prezidenti Armen Sarkisyan isə bundan imtina edərək, sənədi imzalamayıb.

Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti