Dağıstanda polislər qəzaya düşdü: Ölən və yaralı var

Dağıstanda polislər qəzaya düşdü:  Ölən və yaralı var
  28 Fevral 2021    Oxunub:1823
Dağıstanda sudaşıyan avtomobil polis maşını ilə toqquşub. Hadisə nəticəsində hüquq-mühafizə orqanlarının iki əməkdaşı həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin bölgə üzrə mətbuat xidmətindən bildirilib.

Qəza Buinaksk bölgəsinin Atlanaul kəndi yaxınlığında baş verib. İki polis əməkdaşı ölüb, bir polis və qəzaya səbəb olan sürücü xəstəxanaya yerləşdirilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Dağıstan   qəza  





Xəbər lenti