Suriyada Rusiya helikopteri vurulub?

 Suriyada Rusiya helikopteri vurulub?
  28 Fevral 2021    Oxunub:1938
Rusiya Aerokosmik Qüvvələrinin Mi-35 helikopteri Suriyada təcili eniş edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bidirilib ki, helikopterin heyəti dərhal axtarış və xilasetmə xidməti tərəfindən aerodroma gətirilib. Pilotların həyatı üçün heç bir təhlükə yoxdur.

Nazirlik hadisənin texniki problemlər səbəbindən baş verdiyi bəyan edib. Pilotların sözlərinə görə, helikopterə atəş açılmayıb.

Qeyd edək ki, daha öncə yayılan məlumatlarda helikopterin atəşə tutulduğu, bir pilotun həlak olduğu bildirilirdi.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Suriya   helikopter  





Xəbər lenti