Myanmada 17 nümayişçi öldürülüb - YENİLƏNİB

  28 Fevral 2021    Oxunub : 2639
Myanmada 17 nümayişçi öldürülüb -  YENİLƏNİB
Myanmanın müxtəlif şəhərlərində aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı ölənlərin sayı 17 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə "Mizzima" portalı məlumat yayıb.

Qeyd edilir ki, polis və hərbçilərin açdığı atəş nəticəsində Yanqon şəhərində 4, Mandale şəhərində 2, Baqoda 3, Davey şəhərində 4, Meydə 1, Pakokku şəhərində 2 nəfər, Molamyayne şəhərində isə 1 nəfər ölüb.

Ölü sayının artacağı istisna edilmir.

***
(14:24)

Bu gün Myanmanın bir neçə şəhərində nümayişçilərlə polis arasında baş vermiş qarşıdurmada ən azı 6 nəfər ölüb.

Azvision.az xəbər verir ki, bu barədə The Irrawaddy məlumat yayıb.

Portalın xəbərinə görə, şəhərlərin küçələrində mübarizə hər gün şiddətlənir. Etirazçılar barrikadalar qurmağa başlayırlar, polis xüsusi təyinatlıları isə rezin və döyüş güllələrindən istifadə etməklə amansız taktikalara keçir.

Qeyd edək ki, fevralın 1-də Myanma ordusu bir il müddətinə fövqəladə vəziyyət elan edib və 2020-ci ilin noyabr seçkilərində genişmiqyaslı saxtakarlığın olması ilə əlaqədar ölkə başçısını vəzifəsindən uzaqlaşdırıb. Hərbçilər hakimiyyətin silahlı qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyini bildiriblər. Bununla yanaşı, vitse-prezident Myint Sveni müvəqqəti prezident təyin ediblər.

Azvision.az

Teqlər: Myanma   etiraz