Somalidə generala qarşı sui-qəsd cəhdi: 2 nəfər öldü

Somalidə generala qarşı sui-qəsd cəhdi:  2 nəfər öldü
  28 Fevral 2021    Oxunub:1881
Somalinin paytaxtı Moqadişoda yol kənarında bomba partlaması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə şahidlərə istinadən Dalsan radiostansiyası məlumat yayıb.

Partlayış Xodan rayonunda Müdafiə Qüvvələri rəhbərinin müavini, general Abas Amin Əlinin kortecinin keçdiyi vaxt baş verib. Partlayış zamanı generalın mühafizəçilərindən ikisinin öldürüldüyü, digərinin yaralandığı bildirilir. Generalın özü isə xəsarət almayıb.

Əş-Şabab terror təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Somali   Terror  





Xəbər lenti