İranda yerli peyvəndin sınaqlarına başlanıldı

İranda yerli peyvəndin sınaqlarına başlanıldı
  28 Fevral 2021    Oxunub:1789
İranda koronavirus əleyhinə “Razi Cov Pars” yerli peyvəndin kliniki sınaqlarına başlanılıb.
Azvision.az xəbər verir ki, “Razi” dərman şirkəti tərəfindən istehsal olunan peyvəndin klinik sınaqlarının ilk mərhələsinə Tehranda start verilib.

“Razi” şirkətinin rəhbəri Əli İshakinin sözlərinə görə, sınağın birinci mərhələsi 133 könüllü üzərində aparılacaq. Peyvəndin ikinci dozası 21 gün sonra vurulacaq. 51 gündən sonra isə peyvənd burun vasitəsilə tətbiq olunacaq.

Bundan əvvəl hökumət dekabrın 29-da başlayan ilk İran peyvəndi COVIRAN Bereketin klinik sınaqlarının ilk mərhələsinin uğurla başa çatdığını bildirmişdi.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti