Honkonqda 50-yə yaxın müxalifət fəalı saxlanılıb

Honkonqda 50-yə yaxın müxalifət fəalı saxlanılıb
  28 Fevral 2021    Oxunub:1698
Honkonqda polis milli təhlükəsizlik qanunlarını pozmaq ittihamı ilə 47 müxalifət fəalını saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrindəki mənbələr məlumat yayıb.

Saxlanılan şəxslər dövlət hakimiyyətini sarsıtmaq üçün sui-qəsddə ittiham olunurlar. Məhkəmə prosesi bazar ertəsi keçiriləcək. Aktivistlər 23-64 yaş arasındadırlar. Onlar yanvar ayının əvvəlində nəzarətə alınıblar.

Qeyd edək ki, iyunun 30-da Honkonqda milli təhlükəsizlik qanunu qüvvəyə minib. Yeni qanunun məqsədi dövlət hakimiyyəti üçün təhdidlərin, o cümlədən təhrik, terror və xüsusi inzibati bölgənin işlərinə xarici qüvvələrin müdaxiləsinin qarşısını almaqdır. Sənəd bu kateqoriyadan olan bir sıra cinayətlərə görə ömürlük həbs cəzasını istisna etmir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Honkonq   Həbs   Müxalifət  





Xəbər lenti