İran səfiri Türkiyə XİN-ə çağırıldı
Səfir Məhəmməd Fərazməndin diqqətinə çatdırlıb ki, rəsmi Ankara terrorla mübarizədə İrandan müqavimət deyil, dəstək gözləyir. Diplomata Türkiyənin irəli sürülən bütün ittihamları rədd etdiyi, bölgədəki əməliyyatların yalnız təhlükəsizlik və suverenliyə təhlükə yaradan PKK terrorçularına qarşı yönəldildiyi bildirilib.
Türkiyənin fəaliyyəti barədə İraq səlahiyyətlilərinə də məlumat verildiyi diqqətə çatdırılıb.
Şahanə Rəhimli
Azvision.az