Nigeriyada qaçırılan 317 məktəbli qız azad olundu

  28 Fevral 2021    Oxunub : 1365
Nigeriyada qaçırılan 317 məktəbli qız azad olundu
Nigeriyanın şimal-qərbində yerləşən Zamfara əyalətində qaçırılan 300-dən çox məktəbli qız sərbəst buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə "Nation" yerli nəşri məlumat yayıb. Bildirilib ki, 317 qızdan ibarət qrup tezliklə Zamfara əyalətinin paytaxtı Qusau şəhərinə təslim ediləcək.

Hadisə ötən həftə Canqabe şəhərində baş verib. Gecə saatlarında qızların qaldığı internat məktəbinə hücum edən şəxslər onları qaçırmışdılar.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Nigeriya