Ermənistan müxalifəti bu gün də mitinq keçirir

 Ermənistan müxalifəti bu gün də mitinq keçirir
  28 Fevral 2021    Oxunub:2141
Ermənistan müxalifəti yenidən İrəvanın Baqramyan prospektində mitinqə toplaşıb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti” agentliyi məlumat yayıb.

Mitinq ölkə parlamentinin yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilir. Etiraz aksiyasında bir neçə min insan iştirak edir.

Baqramyan prospektinə gələn siyasətçilər, şair və musiqiçilər də səhnəyə çıxıblar. Əraziyə çoxlu sayda polis cəlb olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   mitinq  





Xəbər lenti