Artur Vanetsyan: “Ermənistan dərin böhrana girib”
Baş nazir Nikol Paşinyanın tərəfdarlarını Respublika Meydanında mitinqə çağırması barədə qərarını şərh edən Vanetsyan bildirib ki, sabah hər hansı toqquşma baş verərsə, ölkənin rəhbərliyi eskalasiyaya görə bütün məsuliyyəti öz üzərinə götürməlidir.
Qeyd edək ki, bu gün Ermənistan müxalifəti yenidən İrəvanın Baqramyan prospektinə toplaşıb. Mitinq ölkə parlamentinin yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilir. Etiraz aksiyasında bir neçə min insan iştirak edir.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Ermənistan