Paşinyanın fraksiyası Sarkisyana qarşı impiçmentə başlayır

 Paşinyanın fraksiyası Sarkisyana qarşı impiçmentə başlayır
  28 Fevral 2021    Oxunub:2218
Ermənistan parlamentinin hakim "Mənim addımım" fraksiyası prezident Armen Sarkisyana qarşı impiçment prosesini nəzərdən keçirir.
Azvision.az xəbər verir ki, bu barədə fraksiya üzvü, deputat Vahaqn Hovakimyan "Facebook" səhifəsində yazıb. Buna səbəb kimi Armen Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı baş nazir Nikol Paşinyanın sərəncam layhəsini imzalamaqdan imtina etməsi göstərilir.

Hovakimyana görə, Konstitusiyanın 139-cu maddəsinə əsasən Prezident fərman layihəsini etiraz olaraq geri qaytarmaq hüququna malikdir. İlk baxışdan Sarkisyanın sərəncam layihəsini baş nazirə qaytarmaqla səlahiyyətlərindən istifadə etdiyi görünə bilər. Ancaq bu əslində belə deyil.

"Prezident sərəncam layihəsini özbaşına olaraq onları təklif edən orqana qaytara bilməz. Konkret olaraq, bu situasiyada baş nazir səlahiyyətləri daxilində (Konstitusiyanın 155-ci maddəsi) Baş Qərargah rəisinin istefasını təklif edib. Ən emosional təsəvvürə sahib olan insan belə bu prosesdə heç bir antikonstitusion element görə bilməz. Biz əslində Prezidentin səlahiyyətlərindən özbaşına istifadəni görürük. Prezidentin səlahiyyətlərini özbaşına həyata keçirməsi dövlət təhlükəsizliyini təhlükə altına ala və vəziyyətin qeyri-sabitləşməsinə səbəb ola bilər. Konstitusiyanın 141-ci maddəsinin kobud şəkildə pozulmasını əsas götürərək prezidentin impiçment prosesinə başlamaq olar".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti