Son sutkada 384 mindən çox yoluxma aşkarlandı

Son sutkada 384 mindən çox yoluxma aşkarlandı
  01 Mart 2021    Oxunub:1615
Dünyada koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 384 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub.

Məlumata əsasən, ötən sutka ərzində 384 956 nəfər koronavirusa yoluxub, 8230 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 113 467 303, ölənlərin sayı 2 520 550 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti