Tramp yeni partiya yaradır?

Tramp yeni partiya yaradır?
  01 Mart 2021    Oxunub:1616
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkədə yeni siyasi partiya yaratmaq fikrində olmadığını bəyan etmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata əsasən, Trampın respublikaçıları birliyə çağıracağı və partiyanın 2022-ci ildə keçiriləcək aralıq seçkilərə necə hazırlaşması barədə təkliflərini təqdim edəcəyi gözlənilir.

Qeyd edək ki, bundan öncə bir çox xarici KİV-lər Trampın ABŞ-da yeni siyasi partiya yaradacağı barədə xəbərlər yaymışdılar.

Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti