Dünyada koronavirusla bağlı vəziyyət necədir? - SON STATİSTİKA

 Dünyada koronavirusla bağlı vəziyyət necədir? -  SON STATİSTİKA
  01 Mart 2021    Oxunub:1999
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 114 milyon 689 min 260 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 543 min 310 nəfərdir. İndiyədək 90 milyon 244 min 137 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 384 956 nəfər koronavirusa yoluxub, 8230 nəfər isə dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 255 344 nəfər virusa yoluxub, 525 776 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 112 241 yoluxma qeydə alınıb. Onlardan 157 195 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 10 551 259 nəfərdə virus aşkar edilib. Xəstələrdən 255 018 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 246 079 yoluxma, 86 122 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 176 554 nəfər virusa yoluxub ki, onlardan 122 849-u ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti