Tramp yenidən prezidentliyə namizəd ola bilər

Tramp yenidən prezidentliyə namizəd ola bilər
  01 Mart 2021    Oxunub:1386
ABŞ-ın sabiq lideri Donald Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib.
Azvision.az xəbər verir ki, bu barədə Tramp Orlandoda keçirilən konfransda deyib.

"Onları üçüncü dəfə belə məğlub etməyə qərar verə bilərəm", - deyə sabiq prezident əlavə edib.

Bundan əvvəl isə bir çox KİV-lər Trampın ABŞ-da yeni siyasi partiya yarada biləcəyini yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DonaldTramp  





Xəbər lenti