Cəlilabad bələdiyyəsinin sədri məsuliyyətə cəlb edildi
Aparılan araşdırma zamanı torpaq sahəsinin mülkiyyətində olduğu Cəlilabad Bələdiyyəsinin sədri Babayev İlham Balo oğlunun həmin sahəyə yaxınlıqdakı ərazidə sakinlər tərəfindən məişət tullantılarının atılmasının qarşısının alınması məqsədilə hər hansı bir tədbir görməyərək torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etməsinə, bununla yanaşı qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyi pozmasına əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalar nəticəsində İnzibati Xətalar Məcəlləsinin 247.1 (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) və 516-1.2-ci (qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddələri ilə Ilham Babayevin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.
Azvision.az