Ermənistan prezidenti siyasi qüvvələrə müraciət etdi

Ermənistan prezidenti siyasi qüvvələrə müraciət etdi
  01 Mart 2021    Oxunub:1310
Ermənistan prezidenti Armen Sarkisyan siyasi qüvvələri qarışıqlıq və qeyri-sabitlikdən çəkinməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Sarkisyanın 1 mart 2008-ci il hadisələrinin növbəti ildönümü münasibətilə müraciətində deyilir.

"Siyasi mübarizə qanunun aliliyindən kənara çıxmamalı, qeyri-sabitliyə yol verməməli, ziddiyyətlər dözümsüzlüyə, qarşılıqlı nifrət mühitinə, qarşıdurmaya çevrilməməlidir", - müraciətdə qeyd edilib.

Sarkisyan əlavə edib ki, ölkənin birliyə və həmrəyliyə ehtiyacı var: "Xüsusilə bu gün konsolidasiya və tolerantlıq dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət daşıyır".

Xatırladaq ki, bu gün İrəvanda iki mitinq planlaşdırılır. Birinci mitinqi saat 16:00-da müxalifət parlament binasının qarşısında - Baqramyan prospektində, ikincisini isə baş nazir Nikol Paşinyanın tərəfdarları saat 18.30-da Respublika meydanında keçirəcək.

1 mart 2008-ci il tarixində o vaxtkı prezident Robert Koçaryanın göstərişi ilə müxalifətin nümayişlərinin dağıdılması zamanı 10 nəfər ölüb, xeyli dinc nümayişçi yaralanıb. Koçaryan və prosesdə günahkar bilinən digərləri bu cinayətlə bağlı məhkəmə qarşısına çıxarılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArmenSarkisyan  





Xəbər lenti