Tramp Baydenin siyasətini tənqid etdi: “Belə olacağını təsəvvür etmirdik”

 Tramp Baydenin siyasətini tənqid etdi:  “Belə olacağını təsəvvür etmirdik”
  01 Mart 2021    Oxunub:1808
ABŞ prezidenti vəzifəsini tərk etdikdən sonra Donald Tramp özünün ilk geniş ictimai çıxışında hazırkı dövlət başçısı Co Baydenin siyasətini tənqid edib.
Azvision.az xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.

“Biz hamımız Bayden administrasiyasının pis olacağını bilirdik, amma nə qədər pis olacağını təsəvvür belə etmirdik", - sabiq prezident deyib.

Tramp pandemiya, miqrantlar, ticarət və transseksual hüquqlar kimi mövzulara toxunub. Onun sözlərinə görə, Bayden administrasiyası iş yerlərinə, ailələrə, sərhədlərə, enerjiyə qarşıdır.

Bundan əvvəl Amerika lideri Bayden sələfi Donald Trampın bir sıra kateqoriyadan olan əcnəbilərin ABŞ-a girişini məhdudlaşdıran fərmanı ləğv edib.

Xatırladaq ki, Tramp 2020-ci ilin aprelində ölkənin əmək bazarı üçün risk yaradan mühacirlərin ABŞ-a girişinə mane olan fərman imzalayıb, daha sonra onun müddətini uzadıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CoBayden   Tramp  





Xəbər lenti