Estoniyada yeni karantin məhdudiyyətləri tətbiq edilir

Estoniyada yeni karantin məhdudiyyətləri tətbiq edilir
  01 Mart 2021    Oxunub:1490
Bu gündən Estoniyada koronavirusla əlaqədar olaraq yeni məhdudlaşdırıcı tədbirlər qüvvəyə minib.
Azvision.az xəbər verir ki, bu barədə Estoniya hökumətinin saytı məlumat yayıb.

Qeyd olunub ki, saat 22:00-dan 06: 00-dək kütləvi ibadət xidmətləri, film, teatr nümayişləri və konsertlərə qadağa qoyulub. Həmçinin, hovuzlar, spa mərkəzləri və saunalar bağlı olacaq.

Məhdudiyyətlər martın 28-dək davam edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Estoniya  





Xəbər lenti