Rusiyada koronavirusdan daha 333 nəfər öldü

Rusiyada koronavirusdan daha 333 nəfər öldü
  01 Mart 2021    Oxunub:1660
Rusiyada son sutka ərzində koronavirusa 11 571 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 257 650 nəfərə çatıb.

Rusiyada son bir gündə 333 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 86 455 nəfərdir. İndiyədək 3 823 074 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti