Təhlükəsizlik Şurasından Sarkisyana təzyiq: Qasparyanın qovulması tələb edilir

  01 Mart 2021    Oxunub : 1508
Təhlükəsizlik Şurasından Sarkisyana təzyiq:  Qasparyanın qovulması tələb edilir
Ermənistan Təhlükəsizlik Şurası ordunu siyasi proseslərə cəlb etmək cəhdlərini pisləyən və prezidentdən Baş Qərargah rəhbərinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı fərman imzalamağa çağıran bəyanatla çıxış edib.
Azvision.az xəbər verir ki, bəyanata əsasən, ölkə konstitusiyası silahlı qüvvələrin siyasi proseslərə cəlb olunmasının yolverilməzliyini və onların mülki nəzarətdə olduqlarını açıq şəkildə müəyyən edib.

Qanuna görə, hökumət başçısı Baş Qərargah rəisinin vəzifəsindən kənarlaşdırılması və ya təyin edilməsi barədə təqdimat verir. Prezident də öz növbəsində konstitusiyaya əməl olunmasını izləyən ən vacib institut olaraq uyğun yanaşma göstərməyə borcludur.

"Yuxarıda göstərilənlərə əsasən, Təhlükəsizlik Şurası prezidenti Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi və müvafiq fərman imzalaması ilə bağlı baş nazirin vəsatətini təmin etməyə çağırır".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan