Azərbaycanda 3 hakimə töhmət verilib

  01 Mart 2021    Oxunub : 1268
   Azərbaycanda 3 hakimə töhmət verilib
Məhkəmə Hüquq Şurasının bu gün keçirilən iclasında məhkəmələrin ərazi yurisdiksiyasında dəyişikliklərin edilməsi, o cümlədən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasının müəyyən edilməsi üzrə müvafiq qərarlar qəbul olunub, Hakimlərin Seçki Komitəsi üzvlüyünə verilmiş namizədlər sırasından Komitə üzvləri seçilib.
Şuradan Azvision.az -a verilən məlumata görə, qanunvericiliyin tələblərinin pozulmasına görə Şəki Apellyasiya Məhkəməsinin hakimləri Elçin Hüseynov, Ayaz Mahmudov və Vəzirxan Məlikova töhmət verilib, Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevə irad tutulub. Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmaya yol verilməsinə, habelə hakim etikasının pozulmasına görə intizam icraatı başlanılıb.

Azvision.az

Teqlər: Şura   Hakim