Ermənistanın baş prokurorundan etirazçılara xəbərdarlıq

  01 Mart 2021    Oxunub : 1258
Ermənistanın baş prokurorundan etirazçılara xəbərdarlıq
Ermənistanın Baş prokuroru Artur Davtyan ölkədə daxili sabitliyi pozmaq cəhdlərinin qarşısının alınacağını bəyan edib .
Azvision.az xəbər verir ki, bu barədə o, Baş prokurorluğun kollegiya iclasında söyləyib.

Davtyan, ölkədəki siyasi vəziyyətə diqqət çəkərək, arxasında kimin dayanmasından asılı olmayaraq, daxili sabitliyin və təhlükəsizliyin pozulmasına yönəlmiş istənilən hərəkətə hüquqi qiymət veriləcəyini deyib.

O, əlavə edib ki, prokurorlar və hüquq-mühafizə orqanlarının işçiləri yalnız siyasi təmkin və neytrallıq prinsiplərini rəhbər tutmalı, eyni zamanda dövlətin və qanunun mənafelərini təmin etməlidirlər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ArturDavtyan