Prezidentin mətbuat konfransı Gürcüstan mediasının diqqət mərkəzində

  01 Mart 2021    Oxunub : 1418
Prezidentin mətbuat konfransı Gürcüstan mediasının diqqət mərkəzində
Azərbaycan Prezidentinin fevralın 26-da yerli və xarici kütləvi informasiya vasitələri (KİV) üçün keçirdiyi mətbuat konfransı Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
Azvision.azxəbər verir ki, bu ölkənin “marneulifm.ge” informasiya portalı AZƏRTAC-a istinadla Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransını tam şəkildə oxucuların diqqətinə çatdırıb.
Bundan başqa, “report.ge”, “aktual.ge”, “interpress.ge”, “gaxa.ge”, “dalğatv.ge”, “1tv.ge” və digər portallar Azərbaycan Prezidentinin söylədiyi müxtəlif fikirlər barədə məlumatlar yayıblar.

Azvision.az

Teqlər: Gürcüstan   Prezident   Mətbuat-konfransı