Finlandiyada fövqəladə vəziyyət elan edildi

  01 Mart 2021    Oxunub : 1268
Finlandiyada fövqəladə vəziyyət elan edildi
Finlandiya hökuməti koronavirusla əlaqədar vəziyyətin pisləşməsi səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.
Azvision.az xəbər verir ki, bu barədə Finlandiya hökumətinin məlumatında bildirilib.

Hökumət ölkədə koronavirusla əlaqəli vəziyyətin çətinləşdiyini açıqlayıb və fövqəladə vəziyyətin tətbiqinə qərar verib.

Həmçinin, martın 8-dən 28-dək restoranların bağlanması gözlənilir.

Xatırladaq ki, Finlandiyada indiyədək 58 064 nəfər koronavirusa yoluxub, 742 nəfər dünyasını dəyişib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Finlandiya