Qasparyanın istefasından sonra seçki keçirilə bilər

  01 Mart 2021    Oxunub : 1777
Qasparyanın istefasından sonra seçki keçirilə bilər
Hakimiyyət “Parlaq Ermənistan" fraksiyasının və eyni adlı partiyanın lideri Edmond Marukyanın erkən parlament seçkilərinin keçirilməsi təklifini qəbul edir.
Azvision.az xəbər verir ki, bu barədə hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts deyib.

Eyni zamanda, fraksiya rəhbəri əlavə edib hakim blok Marukyanın baş nazirin Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən uzaqlaşdırılması ilə bağlı prezidentə verdiyi təqdimatı geri götürməsi təklifinə qarşıdır. Makunts bu təklifin müzakirə edilə bilməyəcəyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: LilitMakunts