İrəvanda Paşinyanı istefaya çağıran qocanı döydülər - VİDEO

  01 Mart 2021    Oxunub : 2004
 İrəvanda Paşinyanı istefaya çağıran qocanı döydülər -  VİDEO
Bu gün İrəvanın mərkəzində qondarma rejimin "bayrağı"nı gəzdirən yaşlı kişi döyülüb.
Azvision.az xəbər verir ki, bu barədə videogörüntülər yayan erməni Teleqram kanalları əvvəlcə yaşlı kişinin əski parçası olan "bayraqla" təxribata cəhd etdiyini bildiriblər. Daha sonra onun baş nazir Nikol Paşinyanın istefasını tələb edən şüarlar səsləndirməsi səbəbindən döyüldüyü üzə çıxıb.

Məlum olub ki, Paşinyanın tərəfdarı olan bir qrup aktivist qocaya təhqiramiz ifadələrinə görə fiziki təzyiq göstəriblər.



Tural Tağıyev
Azvision.az

Teqlər: Paşinyan   İstefa   Qoca