Paşinyan erməni xalqından üzr istədi

  Paşinyan erməni xalqından üzr istədi
  01 Mart 2021    Oxunub:2197
Ermənistanın baş naziri Nikol Paşinyan xalqdan üzr istəyib.
Azvision.az xəbər verir ki, o, bu barədə İrəvandakı Respublika meydanında keçirilən mitinqdə deyib.

Tərəfdarları qarşısında çıxış edən Paşinyan rəhbərlik etdiyi hökumətin yol verdiyi səhvlərə görə erməni xalqından üzr istədiyini bildirib: “Mən bütün Ermənistan vətəndaşlarından, diaspor ermənilərindən səhvlərimə görə üzr istəyirəm”.

Qeyd edək ki, hazırda İrəvanda Paşinyana dəstək aksiyasına paralel olaraq müxalifətin də mitinqi keçirilir.

Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti