“Dünya 2022-ci ilədək normal vəziyyətə qayıda bilər” - Bill Qeyts

   “Dünya 2022-ci ilədək normal vəziyyətə qayıda bilər” -    Bill Qeyts
  02 Mart 2021    Oxunub:2396
“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts koronavirus pandemiyasının bitmə vaxtı ilə bağlı proqnozunu açıqlayıb.

Azvision.az CNN telekanalına istinadən xəbər verir ki, Bill Qeytsin fikrincə, dünya 2022-ci ilə qədər normal vəziyyətə qayıda bilər.
“Problem ondadır ki, biz bütün planetdə pandemiyanın bitməsi üçün yetəri qədər səy göstərmirik”, - deyə Qeyts bildirib.

Onun sözlərinə görə, ABŞ artıq payız aylarında normal vəziyyətə qayıdacaq. Ölkədə bütün məktəblər açılacaq, restoranlar fəaliyyətini qismən bərpa edəcək və idman tədbirləri keçiriləcək.

İş adamı hesab edir ki, pandemiya üzərində qələbə qazanmaq üçün vaksinasiya məsələsində bütün dünyaya yardım etmək lazımdır.

Azvision.az


Teqlər: BillQeyts  





Xəbər lenti