Britaniyada bir gündə 104 nəfər virusdan öldü

Britaniyada bir gündə 104 nəfər virusdan öldü
  02 Mart 2021    Oxunub:1474
Böyük Britaniyada son sutka ərzində 5455 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 182 009 nəfərə çatıb.

Ötən 24 saatda daha 104 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 122 953 nəfərdir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya  





Xəbər lenti