İranda COVID-19-dan ölənlərin sayı yenidən artır

İranda COVID-19-dan ölənlərin sayı yenidən artır
  02 Mart 2021    Oxunub:1861
İranda koronavirusdan ölənlərin sayında yenidən artım müşahidə edilir.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, ölkədə son sutka ərzində 8510 nəfər koronavirusa yoluxub, 108 pasiyent dünyasını dəyişib.

Bununla da İranda infeksiyaya yoluxanların ümumi sayı 1 milyon 639 min 679 nəfərə, ölənlərin sayı isə 60 min 181-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 3727 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 399 min 934 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti