Qasparyanın qızı Paşinyanı “fərari” adlandırdı

  01 Mart 2021    Oxunub : 2013
   Qasparyanın qızı Paşinyanı “fərari” adlandırdı
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın qızı baş nazir Nikol Paşinyanın atasına qarşı ittihamlarına reaksiya verib.
Azvision.az "Sputnik Ermənistan"a istinadən bildirir ki, Onik Qasparyanın qızı Asmik atasını xain adlandıran Nikol Paşinyanı tənqid edib.

"Bir gün fərarilik edən biri hakiminiz olarsa, təəccüblənməyin. Bir qrup fərarilik edənlərin vətənin müdafiəçilərindən danışarkən onları xain adlandırması gülüncdür. Yeri gəlmişkən, bu cür insanların intonasiyası birbaşa cəbhə xəttindən uzaqlaşma dərəcəsindən asılıdır. Güldüm, xeyli güldüm", - deyə Asmik "Facebook" səhifəsində yazıb.

Qeyd edək ki, bu gün İrəvandakı Respublika meydanında keçirilən mitinqdə baş nazir Nikol Paşinyan Baş Qərargah rəisi Qasparyanın Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın təzyiqi altına düşdüyünü, bu səbəbdən ona qarşı istefa bəyanatı verdiyini bildirib. Paşinyan Qasparyanın hərəkətlərini "xainlik" adlandırıb və onun vəzifədən getməli olduğunu bəyan edib.

Azvision.az

Teqlər: Ermənistan   Paşinyan