Fransa portalı Xocalı soyqırımından yazıb

Fransa portalı Xocalı soyqırımından yazıb
  02 Mart 2021    Oxunub:1473
Fransanın “musulmansenfrance” portalında “28 ildir ki, Xocalı Azərbaycanın Oradur-sur-Qlanıdır” adlı Xocalı soyqırımına dair yazı dərc edilib.
Azvision.az xəbər verir ki, yazıda Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbirdən yazılıb. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin çıxışı video şəklində yayımlanıb.

Bildirilib ki, 1992-ci ildə fevralın 25-dən 26-a keçən gecə Dağlıq Qarabağı zəbt etmək məqsədi ilə erməni silahlı qüvvələri bir gecədə 106-cı qadın, 83-ü uşaq və 70-i ahıl olmaqla 613 mülki sakini qəddarlıqla qətlə yetirərək, Xocalını yer üzündən sildiyi qeyd edilib. Diqqətə çatdırılıb ki, bu qətliyam Xocalıya “Azərbaycan Oradur-sur-Qlanı” adı qazandırıb. Belə ki, fransız kəndi Oradur-sur-Qlanda 644 mülki sakin faşistlər tərəfindən qətlə yetirilib.

Ermənistanın tanıdığı və azərbaycanlıların hələ də ağır travma kimi yaşadıqları Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il fevralın 26-da yad edildiyi bildirilib.

Azvision.az


Teqlər: Fransa   Xocalı  





Xəbər lenti