Almaniyada koronavirusdan daha 358 nəfər ölüb

Almaniyada koronavirusdan daha 358 nəfər ölüb
  02 Mart 2021    Oxunub:1341
Almaniyada son bir gündə 3943 nəfər koronavirus infeksiyasına yoluxub, 358 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 451 011 yoluxma halı aşkarlanıb, 70 463 ölüm faktı qeydə alınıb.

İndiyə qədər 2,4 milyondan çox xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti