İrəvanda etirazçılar 5 gündür çadırda gecələyir

İrəvanda etirazçılar 5 gündür çadırda gecələyir
  02 Mart 2021    Oxunub:1474
Ermənistan müxalifəti artıq beşinci gündür ki, Baqramyan prospektində, parlamentin binası qarşısında çadır qurub.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, müxalifətçilər gecəni çadırda keçirir.

Polis düşərgəyə müdaxilə etmir, lakin parlamentin qarşısında ciddi mühafizə tədbirləri həyata keçirilir. Ümumilikdə, 10 çadır qurulub.

Xatırladaq ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyan istefa verənə qədər çadırları sökməyəcəklərini bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Etiraz   Aksiya  





Xəbər lenti