“Taliban” seçkilərdə iştirak edə bilər - XİN rəhbəri

“Taliban” seçkilərdə iştirak edə bilər -  XİN rəhbəri
  02 Mart 2021    Oxunub:1780
Rəsmi Kabil “Taliban”ın seçkilərdə iştirakının əleyhinə deyil, bu, insanların onlara olan etimadının sınağı olacaq.
Azvision.az xəbər verir ki, bunu Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hanif Atmar deyib.

"Biz, taliblərin Əfqanıstan vətəndaşı kimi hüquqlarını qəbul edirik. Əgər onlar əfqan xalqını düşünürlərsə, əfqan xalqı üçün mübarizə apardıqlarına və xalqın onlara etibar etdiklərinə əmindirlərsə, buyurub, seçkilərdə iştirak etsinlər. Görsünlər ki, əfqanlar taliblərin baxışlarını qəbul etmək istəyir, ya yox. Seçkilər Əfqanıstan xalqının bizə və ya “Taliban”a olan inamının bir meyarı olacaq", - XİN rəhbəri əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: seçki  





Xəbər lenti