Strasburqda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib

Strasburqda Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib
  02 Mart 2021    Oxunub:1116
Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyevanın təşkilatçılığı ilə Strasburq şəhərində "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, şəhərin Kleber meydanında baş tutan aksiyada ölkənin Qərb bölgəsində fəaliyyət göstərən azərbaycanlı icması iştirak edib. Aksiya zamanı meydanda Xocalıda həlak olanlar barədə məlumatın əks olunduğu banner qoyulub, şamlar vasitəsilə "Xocalı – 613" sözü qurulub.

Əllərində "Xocalıya ədalət!" yazılmış plakatlar tutmuş və Azərbaycan bayrağına bürünmüş gənclər Xocalı soyqırımı barədə fransız dilində hazırlanmış broşurları yerli sakinlərə paylayıblar. Plakatlarda Xocalı soyqırımı barədə ətraflı məlumat almaq üçün "justiceforkhojaly.org" saytının adı və sayta keçid üçün QR-kodu da göstərilib.

Azvision.az


Teqlər: Xocalı   Fransa  





Xəbər lenti