“Qasparyan kapitulyasiyadan sonra Paşinyanı bunkerdə gizlətmişdi” - Sabiq nazir müavini

  02 Mart 2021    Oxunub : 2286
 “Qasparyan kapitulyasiyadan sonra Paşinyanı bunkerdə gizlətmişdi” -  Sabiq nazir müavini
Baş nazir Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunmasında israr etmək hüququ yoxdur.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin keçmiş müavini, xarici əlaqələr üzrə parlament komissiyasının sabiq rəhbəri Artak Zakaryan “Facebook”da yazıb.
O bildirib ki, Qasparyan bütün ömrünü silahlı qüvvələrə həsr edib, sədaqətlə xidmət göstərib və hörmət qazanıb.

Zakaryanın fikrincə, Baş Qərargah rəisinin yeganə səhvi təslim sənədini imzalayandan dərhal sonra Nikol Paşinyanı həbs etməməsidir.

"Qasparyanın səhvi budur ki, o, sizi (Paşinyanı - red) xalq vendetasından qorumaq üçün Müdafiə Nazirliyinin bunkerində gizlətdi. Qasparyanın nəcibliyi və vətənpərvərliyi müharibədən sonrakı dövrdə müxalifəti bir müddət hökuməti dəstəkləməyə inandırması ilə özünü göstərdi", - deyə Zakaryan qeyd edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ArtakZakaryan