Peskov İlon Maskın Putinə təklifinə münasibət bildirdi

Peskov İlon Maskın Putinə təklifinə münasibət bildirdi
  02 Mart 2021    Oxunub:1517
Kreml “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Maskın Rusiya prezidenti Vladimir Putinə “Clubhouse”da ünsiyyət təklifinə aydınlıq gətirmək üçün ona müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Bundan əvvəl, Mask Rusiya Prezidentinin rəsmi “Twitter” hesabına iki dildə təklif göndərərək, onu getdikcə populyarlaşan “Clubhouse” sosial şəbəkəsində söhbətə dəvət edib.

Bu təklifə münasibət bildirən Peskov, Kremlin yaxın gələcəkdə detallara aydınlıq gətirəcəyinə ümid etdiyini söyləyib.

"Ehtimal ki, bu, bir növ anlaşılmazlıq idi, çünki əslində təklifin təfərrüatlarını aydınlaşdırmaq üçün sual verdik. Ancaq İlon Maskdan heç bir cavab almamışıq, bəlkə də onunla heç əlaqəsi yoxdur, buna görə mövzu artıq bitib".

Qeyd edək ki, amerikalı sahibkar İlon Mask dünyada ən varlı insanların siyahısında liderdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İlon-Mask   Putin   Peskov  





Xəbər lenti