Timoşenko həbsdən maydana yollandı- VİDEO

Timoşenko həbsdən maydana yollandı- VİDEO
  23 Fevral 2014    Oxunub:991
Ukraynanın sabiq baş naziri Kiyevə təxminən saat 20:30 radələrində çatıb.
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko Kiyevə gəlib. AzVision.az Gazeta.ru-ya istinadən xəbər verir ki, Timoşenko xüsusi reyslə təxminən saat 20:30 radələrində Kiyevin Julyanı aeroportuna çatıb. İtar-Tass agentliyinin xəbərinə görə Timoşenko aeroportdan bir-başa Maydan meydanına yollanıb.

Uçuşdan əvvəl mətbuata müsahibə verən sabiq baş nazir 25-də keçirilən prezident seçkilərinə qatılacağını deyərək: “Diktatura dağıldı. Bu siyasətçilərin və diplomatların əlilə yox, küçələrə çıxıb özlərini, ailələrini və ölkələrini qorumağı bacaran insanların iradəsi ilə baş verdi. Mən Ukraynaya inanıram” deyə əlavə edib.

Bu arada UNİAN agentliyinin öz mənbələrinə istinadən verdiyi xəbərə görə Yanukoviç Moskvaya yola düşüb. Daha əvvəl Viktor Yanukoviç heç yerə qaçmayacağını və konstutision haqqlarını icra etməsinə davam edəcəyini bildirmişdi.




Teqlər:  





Xəbər lenti