Paşinyan siyasi qüvvələrlə erkən seçki müzakirəsinə başlayır

  02 Mart 2021    Oxunub : 1431
Paşinyan siyasi qüvvələrlə erkən seçki müzakirəsinə başlayır
Ermənistanın baş naziri Nikol Paşinyan "Parlaq Ermənistan" partiyasının və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyana zəng edərək görüşməyi təklif edib.
Azvision.az xəbər verir ki, bu barədə Marukyan bildirib.

Onun sözlərinə görə, baş nazir ölkədəki vəziyyəti müzakirə etmək istəyib. Xüsusilə bir gün əvvəl Respublika meydanındakı mitinqdə siyasi qüvvələrə ünvanladığı erkən seçki təklifini müzakirə etmək istədiyini vurğulayıb.

"Ehtimal ki, sabah görüşəcəyik. Bütün təklifləri müzakirə edəcəyik. Partiyaların razılığa gəlməsi halında, erkən parlament seçkilərinin təcili keçirilməsinə ehtiyac olacaq".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Paşinyan