EHİM Süni İntellekt üzrə Komitənin plenar iclasında iştirak edib

EHİM Süni İntellekt üzrə Komitənin plenar iclasında iştirak edib
  02 Mart 2021    Oxunub:885
Avropa Şurası Nazirlər Komitəsinin təsis etdiyi Süni İntellekt üzrə Komitənin (CAHAI) 4-cü plenar iclası keçirilib.
Azvision.az xəbər verir ki, onlayn formatda keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov təmsil edib.

Plenar iclasda Azərbaycan nümayəndə heyəti ilə yanaşı Avropa Şurasına üzv olan dövlətlər, Avropa Şurasının Parlament Assambleyasının prezidenti Rik Dams, həmçinin Avropa Şurasının orqan və qurumları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və digər aidiyyatı təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbirdə Komitənin sonuncu iclası insan hüquqları, qanun və demokratiyanın aliliyi sahəsində Avropa Şurasının standartlarına əsaslanan hüquqi bazanın əsas elementlərinə həsr olunub. İclasda süni intellektin təsnifatı sahəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə aparlılan iş, Süni İntellekt erasında insan hüquqlarının müdafiəsi və digər məsələr müzakirə edilib, maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılıb.

Xatırladaq ki, 2019-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinin Süni İntellekt üzrə Komitəsinin Bürosuna Azərbaycandan EHİM-in direktoru Fariz Cəfərov müşahidəçi üzv seçilib.

Azvision.az


Teqlər: EHİM   İclas  





Xəbər lenti