“Ordu bu generallarsız da mövcud olacaq” - Erməni deputat

  02 Mart 2021    Oxunub : 1738
“Ordu bu generallarsız da mövcud olacaq” -   Erməni deputat
Ermənistanda daxili siyasi gərginlik davam edir.
Azvision.az xəbər verir ki, bu gün bir qrup jurnalist hakim “Mənim addımım” fraksiyasından olan deputat Armen Xaçatryandan gündəmlə bağlı açıqlamalar almaq istəsə də, o media nümayəndələrinə qarşı kobud davranıb.

Jurnalistlər hazırda ordunun təzyiq altında saxlanılması və generalların işdən çıxarılmasının nə dərəcədə düzgün addım olduğunu soruşublar. Xaçatryan qəti şəkildə bildirib ki, atılan addımlar yanlış deyil.

“Ordu bu generallarsız da mövcud olacaq”, - deyə erməni deputat bildirib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ordu   Paşinyan