İtkin düşən 28 hərbçi axtarılır - Şəhidlərimizin yeni siyahısı

  02 Mart 2021    Oxunub : 2890
İtkin düşən 28 hərbçi axtarılır -  Şəhidlərimizin yeni siyahısı
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb.
Azvision.az Nazirliyə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilən 2881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı ilə BURADAN tanış ola bilərsiniz.

Azvision.az

Teqlər: MN   Şəhid   Hərbçi   Siyahı