Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi

6, 88 və 88A nömrəli müntəzəm marşrutlar üzrə avtobuslar mərkəz istiqamətində Süleyman Sani Axundov-Şövkət Məmmədova-Cəfər Xandan küçələri ilə, 88 nömrəli avtobuslar “Azadlıq prospekti” metro stansiyası istiqamətində Azadlıq prospekti-Süleyman Sani Axundov küçələri ilə, 202 nömrəli avtobuslar isə “Nəriman Nərimanov” metro stansiyası istiqamətində Süleyman Sani Axundov–Şövkət Məmmədova küçələri ilə hərəkət edəcək.
Azvision.az