Sovet filmindəki qəribə səhnənin sirri, yaxud, erməni goreşənliyinin gizli səbəbləri - VİDEO

 Sovet filmindəki qəribə səhnənin sirri,  yaxud, erməni goreşənliyinin gizli səbəbləri -  VİDEO
  03 Mart 2021    Oxunub:25978
- Bizdə dəqiq məlumat var ki, burada diversantlar fəaliyyət göstərir. Onlar qəbirləri qazıb, vəbadan ölənlərin meyidlərini çıxarır, ürək və ciyərlərini kəsib götürür, hissələrə bölür və xəstəliyi yayırlar...
Bu sözlər “Açıq kitab” (1977) adlı məşhur sovet filmindəndir. Yoluxucu xəstəliklərə qarşı mübarizə aparan gənc mikrobioloqun həyatından bəhs edən filmin 6-cı hissəsində söhbət Qarabağda yaşayan ermənilərdən gedir.

Bir gün orada çalışan infeksionist həkimlərin yanına “NKVD” əməkdaşı gələrək, aldıqları məlumatı deyir və qəbirlərin açılmasını tələb edir. Həkimlər etiraz edirlər: Vəbanı yayan mikrobu laboratoriyada asanlıqla çoxaltmaq mümkün olduğu halda, diversantlar ölülərin daxili orqanlarını çıxarmaq kimi çətin yolla niyə getsinlər ki? Amma əmrə tabe olur və dəhşətə gəlirlər: Məlum olur ki, həqiqətən də, qəbirlərin bəzilərindəki erməni meyidlərinin başı, ürəyi, ciyəri kəsilərək, götürülübmüş...
(Filmdən Qarabağla bağlı həmin hissələri təqdim edirik)



Sovet dövründə çoxumuz bu epizoda elə də fikir vermirdik. Amma indi son hadisələrin təsirilə istər-istəməz başqa cür yanaşmaq lazım gəlir: Ermənilər niyə qəbirləri açıb, meyidlərin daxili orqanlarını kəssinlər? Və bu, Kəlbəcərdə ölülərin qəbirdən çıxarılması, Ağdamda qəbirlərin dağıdılması ilə hansısa formada əlaqəli ola bilərmi?

Əslində onların tarixi abidələrimizlə yanaşı qəbiristanlıqlarda da xüsusi vəhşiliklər törətmələri bizə əvvəldən məlum idi. Amma azad olunan torpaqlarda yerlə-yeksan edilmiş qəbiristanlıqlarla rastlaşdıqca, başqa bir dəhşətli mənzərəni görmüş olduq. Sən demə, vəhşi qonşularımız qəbiristanlıqlarda yalnız məzar daşlarını dağıtmayıb, qəbirləri qazaraq oradan sümükləri də çıxarıblar. Niyə? Bu, hansısa qədim, yaramaz adətin davamı deyil ki?

Ümumiyyətlə, bu bir faktdır ki, ermənilər zaman-zaman meyit, qəbir, dəfn mərasimləri mövzusunda iyrənc əməllərə əl atmaları ilə seçiliblər. Məsələn, 90-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı erməni hərbçiləri ölmüş döyüşçü yoldaşlarının qəbirləri üzərində xüsusi vəhşiliklərlə yadda qalan rituallar həyata keçiriblər.

Əvvəllər ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında qəbiristanlıqları eşmələrini sadəlövcəsinə belə izah edirdik ki, onlar burada qızıl diş axtarırlar... Amma zaman keçdikcə sübut olundu ki, bu xalqın goreşənliyi daha ciddi səbəblərdən qaynaqlanır. Belə vərdiş Qafqaza yad olan bu xalqın genetik kodunda yatmış başqa bir vəhşi unikal adətlərdən və istəklərindən də qaynaqlanır. Bu istəyin adı hannibalizmdir. Bəli, erməni hannibalizmi!

Təsadüfi deyil ki, 21-ci əsrdə kütləvi şəkildə qəbirləri eşən bir toplum kimi gündəmə gələn ermənilər əslində geriyə, dədə-babalarından qalan hannibalizm xəstəliklərinə doğru meylləndiklərini göstərdilər. Buna heç xəstəlik də demək olmaz. Çünki erməni hannibalizmi sırf psixoloji problemlərdən deyil, daha çox fərqli istəklərdən yaranmış vərdişdir.

Misal olaraq tarixə nəzər salsaq, bir neçə faktı göstərə bilərik. Bu mövzuda hətta erməni mənbələrində də yazılara rast gəlmək olar:

“Ermənilər təqribən 326-408 qram ağırlığında adam ətini 100 dеkana satırdılar. Hətta adam ətini konservləşdirilmiş halda da satırdılar”. (Армянские источники о монг).



Digər mənbələrə də nəzər yetirdikdə dəhşətli faktların şahidi oluruq. Məşhur sovet bioloqu Lev Zilberin 1930-cı illərdə Qarabağda taunla mübarizə aparmasına dair xatirələri bu mənada diqqət çəkir:

"Azərbaycanın Xalq Səhiyyə Komissarlığı təcili şəkildə Lev Zilberi çağırır. Artıq gecə saat 04:00-da professor lazımi avadanlıq və əməkdaşları ilə birlikdə qatarla Qarabağa yola düşmüşdü. Məqsəd taunun qarşısını almaq idi. Daxili İşlər Xalq Komissarlığının Qarabağdakı yerli nümayəndələri bildirirdilər ki, xarici ölkənin bölgəyə atılmış diversantları - kəşfiyyatçıları qəbirləri açır, cəsədlərin ürəyini, qaraciyərini kəsərək, infeksiyanı yayırlar. Lakin Zilber bu versiyanı cəfəngiyat adlandırdı. “Bir neçə gün ərzində laboratoriyada taun virusunu hazırlamaq və minlərlə insanı öldürmək olar. Nə üçün diversantlar cəsədlərin orqanlarını kəsirlər? Axı onların özü də buna yoluxa bilərlər”, – deyə o bildirir.

Zilberi erməni qəbiristanlığına aparırlar. O, məşəllərin işığında 10-a qədər təzə qəbiri açır.
Alim dəhşətə gəlmişdi. Həqiqətən də bir neçə cəsədin başı yox idi, bəzilərinin dalağı, qaraciyəri, yaxud ürəyi çıxarılmışdı.

“Açdığımız üçüncü qəbir qadına məxsus idi. Paltarlarını çıxaranda gördük ki, ay aman, bu nədir belə. Qadının bədənini yarıb ürəyini, ciyərini çıxarmışdılar”, - deyə Zilber yazır.

Zilber ümumi karantin elan edir, lakin o, diversant xəbərinə inanmır. Köhnə tibb jurnallarından tapır ki, bölgədə vaxtilə taun olub və indi həmin xəstəlik yenidən oyanıb.

Bir az rus dilində danışmağı bacaran yerli müəllim Zilberə sirri açır. Bildirir ki, Qarabağda yaşayan erməni əhalisi arasında bir inanc mövcuddur: “Əgər ailədə ard-arda ölümlər baş verirsə, ilk ölənin canlı olmasına inanırlar. Əgər ölü qəbirdə canlıdırsa, deməli, digər doğmaları da “aparmağa gələcək”. Ölünün canlı olub-olmadığını bilmək üçün qəribə üsuldan istifadə olunur. Atı qəbirin üstünə aparır və ona yulaf verirlər. Əgər at qəbrin üstündə yulafı yeməsə, deməli, həmin ölü canlıdır və qəbiri qazıb, həmin ölünün başını kəsmək, yaxud ürəyini və digər orqanlarını çıxarmaq lazımdır. Çıxarılan orqanlar doğranaraq ailənin digər üzvlərinə verilir, onlar yeyir və beləliklə ölümdən xilas olurlar”.

Məhz bu sirrdən sonra Zilber müəyyən edir ki, vaxtilə bölgədə olmuş infeksiya bu yolla yayılır. O, infeksiyanın yayılmasının qarşısını almağı bacarır.

Hadrutda baş verən bu hadisə erməni hannibalizminin XX əsrdə qeydə alınan əsas nümunəsidir.

1977-ci ildə “Lenfilm” kinostudiyasının Hadrut taunu mövzusunda çəkdiyi filmdə erməni hannibalizmindən bəhs olunur. Hətta kinoda ayrı-ayrı kadrlarda xəstəlik daşıyıcısı olan tayfanın erməni dilində danışması da diqqət çəkir. Ümumiyyətlə, Ermənilərin hannibalizmə yoluxmasının tarixi haqqında müəyyən versiyalar var. Əsas versiyaya görə, onlar vaxtilə Hindistanda mövcud olan və hələ bu gün də insan əti ilə qidalanan tayfaların arasında yaşayıblar. Sonradan qərbə köç edərkən, hannibalizm ənənələrini Qarabağa qədər gətiriblər.

Umberto Eko “Qızılgülün adı” əsərində yazır ki, orta əsrlərdə erməni kilsəsində hannibalizm “yeres” (yanlış etiqad) səviyyəsində olub.

Kim bilir, bəlkə də ictimaiyyətə açıqlanmayan qapalı Vatikan arxivlərində axtarsan erməni hannibalizminə dair onlarla fakta rast gəlmək olar. Həqiqətən də tarixin qaranlıq səhifələrində gizlədilən erməni hannibalizmi, vəhşi adətləri bu gün də onların beyinlərində qalıb, həmin adət və vərdişlər günümüzdə müxtəlif formada özünü büruzə verir.

Bir məqamı da qeyd edək ki, elmə əsaslansaq, hannibalizmin yalnız insanlar arasında deyil, heyvanlarda da baş verdiyini görərik. Heyvanda bu davranış əsasən qidanın çatışmadığı ərazilərdə qida tapmaq instinkti ilə baş verir. Amma bəzən psixoloji problemləri olan insanlar normal şəraitdə belə hannibalizmə xas davranışlar göstərə bilirlər. Ermənilərdə hannibalizmə dair bir xüsusi tarixin, vərdişlərin, genetik koddan qaynaqlanan qəbir, meyitlərə olan sevginin, heyvanın belə etmədiyi vəhşilikləri etmələri isə onların hələ də kütləvi şəkildə hanniballara məxsus psixoloji problemlərdən əziyyət çəkmələrindən xəbər verir.

Yeri gəlmişkən, bir xatırlatmanı edək ki, bu günlərdə Azərbaycanın ildönümünü qeyd etdiyi Xocalı soyqırımı zamanı da ermənilər həmin hannibal meyllərini müxtəlif formalarda büruzə vermişdilər. Psixoloqlar sübut ediblər ki, əksər hanniballar, hannibalizmdən əziyyət çəkən psixi xəstələr öz qurbanlarını rahat şəkildə deyil, xüsusi qəddarlıqla öldürürlər. Bunun konkret elmi izahı olmasa da, sübut olunmuş faktdır ki, insan meyiti ilə qidalananlar digərlərini xüsusi qəddarlıqla öldürməyə meylli olurlar. Bəzən şikarını yaxalayan vəhşi heyvan belə ona qarnında balasının olması səbəbindən toxunmur. Amma “goreşənlik sindromunun” baniləri olmuş bu xalq Xocalıda bütün heyvani hissləri də üstələdilər. Bu həmin hannibal ermənilər idilər ki, hamilə qadının qarnını yarıb körpəni onun gözləri önündə öldürürdülər. Divara mismarlanmış başqa bir körpənin ağzına isə anasının kəsilmiş döşünü salmaqla boğub susdurmuşdular. Hannibal babalarının davamçıları daha hansı tükürpədən vəhşi əməllərdən həzz almadılar ki? Onlar bütün bunları "qəhrəman" yazıçılarının kitablarında belə tarixiləşdirməkdən çəkinmirlər.

Ermənilərin ideoloqlarından biri, yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında yazır:

“Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik”.

O, həmçinin bu əməllərinə dair qeyd edir: “Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.

Xocalıdan girov aparılmış Mehriban adlı mülki sakinin erməni hannibalizmi ilə bağlı acı xatirəsi insanı dəhşətə gətirir:

"Meyitlərin başını, qolunu kəsib, gözlərini çıxarırdılar. Kəsilmiş başları bişirib Əsgəranda əsir saxlanan əsirlərə yedirir və bundan həzz alırdılar…13 yaşlı bir qızın dərisini soyan Serj Sarksyan deyirdi ki, mən insan dərisi soymaqdan həzz alıram.”

Başqa bir misal. Kəlbəcərli Mikayıl adlı əsir gördüyü dəhşətlər haqqında danışarkən deyib: "Daha sonra qaniçənlər başı kəsilmiş cavan bir oğlanın ətini şişlərə çəkib kabab bişirdilər. Hər bir əsirin başına silah dayayaraq yeməyə məcbur etdilər”. ("Ölüm düşərgəsindən qaçış”)

Bütün bu olub keçənlərdən sonra indi Kəlbəcərdə qəbirlərin eşilməsi, ermənilərin öz doğmalarına məxsus cəsədləri daşımaları, onların təkcə bu ərazilərə qayıtmayacaqlarını bildikləri üçün deyil, tarixi hannibal ənənələrindən, genetik kodlarındakı şüuraltı istəklərindən irəli gəlir.

Qeyd etdiyimiz kimi, erməni hannibalizmi özlərinin tarixi qaynaqlarında da sübut olunub, digər sadalanan mənbələrdə isə bu anormal millətdə insan ətinin yeyilməsinə, “goreşənliy”ə meylliliyin olması dəfələrlə öz təsdiqini tapıb. Qafqaz xalqları arasında rast gəlinməsi mümkün olmayan bu unikal hannibalizm meylləri görünür, hələ də onların gizli adətləri arasında qalıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Qarabağ   Cinayət  





Xəbər lenti