Gəncədə maşınları cızan şəxs tapıldı

  03 Mart 2021    Oxunub : 1150
Gəncədə maşınları cızan şəxs tapıldı
Martın 2-də Gəncə şəhəri ərazisində şəhər sakini E.Abdullayevə məxsus “Mercedes” markalı avtomobilin qəsdən cızılaraq sahibinə maddi ziyan vurulması barədə Nizami (Gəncə) Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini E.Kərimov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun Gəncə şəhər sakinləri - A.Hüseynova və S.İsmayılova məxsus “Toyota” və “KİA” markalı avtomobillərə ziyan vurması da müəyyən edilib.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Gəncə